Türkiyənin Ağrı vilayətində U-14 Liqasının final matçında baş hakim köməkçisinə evlənmə təklifi edib.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Vefaspor” və “Yurduspor” komandalarının üz-üzə gəldiyi görüşün 10-cu dəqiqəsində oyunu dayandıran Recep Gündüz laynsman Ayşe Polata evlilik təklifi edib.
Ədalət təmsilçisi sürprizi hər iki komandanın dəstəyi ilə hazırlayıb. Plana görə, "Vefaspor"un baş məşqçisi Halil Dursun oyunu dayandıraraq komandasını meydandan çıxarmaq istəyib. Gündüz "Vefaspor"un ehtiyat oyunçular skamyasına tərəf yollanıb, köməkçi hakim də həmin yerə gedib. Bu vaxt ehtiyat oyunçular üzərində "Mənimlə evlənərsənmi" pankartı açıb. Rəcəb Gündüz isə diz çökərək Ayşe Polata üzük uzadıb. Ayşe Polat təklifi alqışlarla qəbul edib. Daha sonra matç qaldığı yerdən davam edib.
Mirağa