Məşhur voleybolçu Şeylla Kastro fanatlarını məyus edəcək açıqlama verib. Fanat.Az xəbər verir ki, braziliyalı ulduz karyerasına bir il ara verəcəyini bildirib.
Kastro qərarını belə izah edib: "Bir il fasilə verim ailəmə zaman ayırmaq istəyirəm. Sonra karyeramı yenidən bərpa edəcəm".
Qeyd edək ki, 33 yaşlı voleybolçu 2008 və 2012-ci illərdə Braziliya millisi ilə Yay Olimpiya Oyunlarının qalibi olub. O, karyerası ərzində dünya "Qran-Pri"lərində 7 qızıl və 2 gümüş medal qazanıb. Kastro indiyədək Braziliyada "Mackenzie", "MRV/Minas", "Sao Kaetano", "Uliver", "Molico", İtaliyada "Skavolini" və Türkiyədə "Vakıfbank" klublarının formasını geyinib.
Fanat.Az