"İnter"in baş məşqçisi Zaur Svanadze erməni vəhşiliyinə biganə qalmayıb.
Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis Azərbaycan xalqına başsağlığı verib: "Azərbaycan xalqına, həmin ailəyə cəbhədə baş vermiş hadisəyə görə başsağlığımı bildirirəm".
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.
Fanat.Az