Güləşçilərimizin Tokioya hazırlıq və səfər qrafiki necədir?

Güləşçilərimizin Tokioya hazırlıq və səfər qrafiki necədir?
Yaponiyanın Tokio şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək güləş üzrə milli komandamızın üzvləri hazırda Göygöldə məşq edir.
 
Fanat.Az xəbər evrir ki, iyulun 15-də yunan-Roma güləşçilərimiz Bakıya qayıdacaq. Ayın 18-də isə sərbəst güləşçilər və qadın idmançılar paytaxta dönəcək.
 
Güləşçilər son günə qədər - iyulun 27-dək Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirəcəklər. Ayın 25-də və 26-da olimpiyaçılar test verəcəklər. Heç bir problem çıxmasa, idmançılarımız ayın 27-də günorta saatlarında Yaponiyaya yollanacaqlar. Nümayəndə heyəti Bakı-İstanbul-Tokio reysiylə uçacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər