Güləşçilərimiz finalda uduzdu- İranı qabaqladıq

Güləşçilərimiz finalda uduzdu- İranı qabaqladıq

İranın Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb. Fanat.Az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparıb.

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

Finalda bahadırlarımız digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 5:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Yığmamız Dünya Kubokunun gümüş medallarına yiyələnib.

 

Rusiya - AZƏRBAYCAN 5:3

59 kq - Minqiyan Semyonov - Taleh Məmmədov 9:2 66 kq - Artem Surkov - Nofəl Babayev 8:0 71 kq - Abuyazid Mantsiqov - Rəsul Çunayev 1:2 75 kq - Roman Vlasov - Elvin Mürsəliyev 2:1 80 kq - Adlan Akiev - Rafiq Hüseynov 1:1* 85 kq - Davit Çakvetadze - İslam Abbasov 1*:1 98 kq - Maksim Safarian - Orxan Nuriyev 0:3 130 kq - Sergey Semenov - Sabah Şəriəti 1*:1

Qeyd edək  ki, millimiz 2015-ci ildə Dünya Kubokunu qazanıb. 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər