Güləş Federasiyası qanvermə aksiyası keçirdi

Güləş Federasiyası qanvermə aksiyası keçirdi
Bu gün Azərbaycan Güləş Federasiyası qanvermə aksiyası keçirib.
 
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, xeyriyyə məqsədli tədbir Olimpiya Güləş Mərkəzində keçirilib. Aksiyada Mərkəzi Qan Bankının əməkdaşları milli komandalarımızın məşqçilərindən və güləşçilərindən qan ehtiyatı götürüb.
Qeyd edək ki, toplanan qan ehtiyatı talassemiyadan əziyyət çəkən uşaqlara köçürüləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər