“Gücümüz buna çatır” - Fariz Nəcəfov

“Gücümüz buna çatır” - Fariz Nəcəfov

Avropa Liqasının II turu çərçivəsində keçirilən “Qəbələ” -  “Maynts” (2:3) matçından sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

- Oyundan əvvəl də komanda ilə danışmışdıq ki, evimizdə oynayırıq, qalib gəlməliyik. Ancaq təəssüflər olsun ki, alınmadı. Yaxşı oynadıq, qol epizodlarımız oldu.

- Komandanın oyunundan razı qaldınız? Müdafiədə bir çox səhvlər oldu...

- Səhv həmişə olur. Futbolçuların hamısından razı qaldım. Gücümüz buna çatır.

- Bu matçı qrupdan çıxmaq baxımından qırılma nöqtəsi saymaq olar?

- Məncə, hələ şans var.

- Bu məğlubiyyət komandanın çempionatdakı oyununa mənfi təsir göstərməyəcək ki?

- Ötən ilki komanda ilə indiki arasında fərq var. Artıq bir illik təcrübəmiz var. İnanmıram ki, keçənilki səhvlər olsun. Nəticə çıxartmışıq.

- Nika Kvekveskirinin yoxluğunu hiss etdiniz?

- Keçən oyun da hiss etmişdik. Oyunçu sayı məhduddur. Hər oyunçunun yeri görünür.

- Fikrinizcə, qrupdan çıxmaq üçün nə çatmır?

- Səviyyə fərqi. Hər şey gəlib büdcədə dayanır. Hər şeyi büdcə həll edir. Çalışırıq ki, komandamızı, şəhərimizi, ölkəmizi layiqincə təmsil edək. Düşünürəm ki, bunu bacarırıq. Mən demirəm ki, 1-2 oyunçu almaqla düzələr hər şey. Fərq böyükdür. Büdcələri bizdən 8 dəfə çoxdur.

- Çempionatdakı rəqabətsizlik öz sözünü deyir?

- Bunlar başqa turnirlərdi. Müqayisə düzgün deyil. Bugünkü reallıq budu. Çempionatımızı budu.

- Roman Qriqorçukun adı başqa klubla yanaşı hallananda “Qəbələ”də eniş hiss olunur...

- Siz eniş nəyə deyirsiniz? Güclü rəqiblə oynayıb uduzmuşuq. Bizdə eniş getmir axı. Bunu qəbul etmək lazımdı – rəqib güclüdür. İzahı budu. (futbolinfo.az) 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər