"Görüşə rahat hazırlaşmaq imkanımız oldu" - Qurban Qurbanov

"Görüşə rahat hazırlaşmaq imkanımız oldu" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Viktoriya" (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verib.

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib:

"Hər şey yolunda və qaydasındadır. Təkcə bizə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır. Hazırlığımız pis alınmayıb. "Turan Tovuz"la Premyer Liqanın III turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda, proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq".

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər