"Grand Swiss": Şahmatçılarımız üçün daha bir uğursuz tur

"Grand Swiss": Şahmatçılarımız üçün daha bir uğursuz tur

Latviyanın paytaxtı Riqada “Grand Swiss” şahmat turniri davam edir. 

Fanat.Az xəbər verir ki, yarışda onuncu turun qarşılaşmaları keçirilib.

Azərbaycan təmsilçilərindən Vasif Durarbəyli özbəkistanlı Şəmsəddin Voxidovla heç-heçə edib.

Digər şahmatçılarımız - Aydın Süleymanlı xorvatiyalı Ante Brkiçə, Rauf Məmmədov ukraynalı Volodimir Onişçuka, Nicat Abbasov misirli Adli Ahmedə uduzub.

Hazırda Aydın və Vasifin hesabında 4 xal var. Rauf və Nicat isə 3,5 xal toplayıblar.

Bu gün keçiriləcək son tur öncəsi yarış cədvəlinə 7,5 xalla Alireza Firuzca (Fransa) başçılıq edir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər