"Grand Swiss": Süleymanlı Durarbəyliyə, Məmmədov Antipova qarşı

"Grand Swiss": Süleymanlı Durarbəyliyə, Məmmədov Antipova qarşı

Latviyanın paytaxtı Riqada "Grand Swiss" şahmat turniri davam edir.

Fanat.Az xəbər verir ki, yarışda bu gün II turun görüşləri keçiriləcək.

Təmsilçilərimizdən Rauf Məmmədov rusiyalı Mixail Antipov ilə, Nicat Abbbasov latviyalı Nikita Meşkovsla qarşılaşacaq. Digər şahmatçılarımız Vasif Durarbəyli və Aydın Süleymanlı isə bir-birilə münasibətləri aydınlaşdıracaq.

Xatırladaq ki, zəkalarımızın hamısı ilk turda görüşlərini məğlub başa vurub.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir. 

"Grand Swiss"

II tur

Rauf Məmmədov - Mixail Antipov (Rusiya) Nicat Abbasov - Nikita Meşkovs (Latviya) Aydın Süleymanlı - Vasif Durarbəyli 

Qarşılaşmalar Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər