"Grand Swiss": Məmmədov Hindistan, Abbasov ABŞ şahmatçısına qarşı

"Grand Swiss": Məmmədov Hindistan, Abbasov ABŞ şahmatçısına qarşı

Latviyanın paytaxtı Riqada "Grand Swiss" şahmat turniri davam edir.

Fanat.Az xəbər verir ki, yarışda bu gün V turun görüşləri keçiriləcək.

Təmsilçilərimizdən Rauf Məmmədov Rameşbabu Praqnanandxa (Hindistan), Nicat Abbasov Ceffri Şonq (ABŞ), Vasif Durarbəyli Baadur Cobava (Gürcüstan), Aydın Süleymanlı isə Hyorvar Qretarsson (İslandiya) ilə münasibətləri aydınlaşdıracaq.

Abbasovla Məmmmədov qara, Durarbəyli və Süleymanlı ağ fiqurlarla oynayacaq.

Dörd turdan sonra Nicat Abbasov və Rauf Məmmədov hesabına 2, Vasif Durarbəyli 1,5 xal yaza bilib. Aydın Süleymanlının 0,5 xalı var.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir. 

"Grand Swiss"

V tur

Rameşbabu Praqnanandxa (Hindistan) - Rauf Məmmədov Ceffri Şonq (ABŞ) - Nicat Abbasov Vasif Durarbəyli - Baadur Cobava (Gürcüstan) Aydın Süleymanlı - Hyorvar Qretarsson (İslandiya)

Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər