"Grand Swiss": Abbasov Kuybokarova, Məmmədov Kovalyova qarşı

"Grand Swiss": Abbasov Kuybokarova, Məmmədov Kovalyova qarşı

Latviyanın paytaxtı Riqada "Grand Swiss" şahmat turniri davam edir.

Fanat.Az xəbər verir ki, yarışda bu gün IV turun görüşləri keçiriləcək.

Təmsilçilərimizdən Nicat Abbasov Temur Kuybokarov (Avstraliya), Rauf Məmmədov Vladislav Kovalyov (FİDE), Vasif Durarbəyli Cavoxir Sindarov (Özbəkistan), Aydın Süleymanlı isə Luka Budisavlyeviç (Serbiya) ilə üz-üzə gələcək.

Abbasovla Məmmmədov ağ, Durarbəyli və Süleymanlı qara fiqurlarla oynayacaq.

Üç turdan sonra Nicat Abbasov və Rauf Məmmədov hesabına 1,5, Vasif Durarbəyli 1 xal yaza bilib. Aydın Süleymanlı isə hələlik xalsızdır.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir. 

"Grand Swiss"

IV tur

Nicat Abbasov - Temur Kuybokarov (Avstraliya) Rauf Məmmədov - Vladislav Kovalyov (FİDE) Cavoxir Sindarov (Özbəkistan) - Vasif Durarbəyli Luka Budisavlyeviç (Serbiya) - Aydın Süleymanlı

Qarşılaşmalar Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər