“Golden Boy”un yubiley mükafatı kimə çatacaq? – Namizədlər açıqlandı

“Golden Boy”un yubiley mükafatı kimə çatacaq? – Namizədlər açıqlandı

“Golden Boy” mükafatına namizədlərin yekun siyahısı məlum olub.

Fanat.Az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşri 2023-cü ildə Avropada 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda 25 namizədin siyahısını dərc edib.

Çud Bellinqem (“Real”, İspaniya), Camal Musiala (“Bayern”, Almaniya), Xavi Simons (“Leyptsiq”, Almaniya), Antonio Silva (“Benfika”, Portuqaliya), Alexandro Balde (“Barselona”, ​​İspaniya), Florian Virtz (“Bayer”, Almaniya), Benjamin Şeşko (“Leyptsiq”, Almaniya), Corcio Skalvini (“Atalanta”, İtaliya), Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Levi Kolvill (“Çelsi”, İngiltərə), Yohan Bakayoko (PSV, Niderland), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Artur Vermeeren (“Antverpen”, Belçika), Evan Ferqyuson (“Brayton”, İngiltərə), Lukas Qurna-Duat (“Zalsburq”, Avstriya), Varren Zair-Emri (PSJ, Fransa), Usman Diomande (“Sportinq”, Portuqaliya), Arnau Martines (“Jirona”, İspaniya), Matis Tell (“Bayern”, Almaniya), Andi Diuf (“Lans”, Fransa), Arda Gülər ​​(“Real”, İspaniya), Bilal El-Hannus (“Genk”, Belçika), Martin Baturina (“Dinamo”, Xorvatiya ), Joao Neveş (“Benfika”, Portuqaliya), Lamin Yamal (“Barselona”, ​​İspaniya).

“Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. Ötən il bu ada “Barselona”nın yarımmüdafiəçisi Qavi layiq görülüb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər