Gimnastika federasiyasının ümumi yığıncağı keçirildi

Gimnastika federasiyasının ümumi yığıncağı keçirildi

Yanvarın 18-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 12-ci ümumi yığıncağı keçirilib.

Fanat.Az xəbər verir ki, hesabat xarakteri daşıyan tədbirdə federasiyanın İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.

İclasda federasiyanın baş katibinin 2021-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, gimnastlarımızın “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirakı, paytaxtımızda keçirilən beynəlxalq yarışlar və AGF-in beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabat məruzəsi dinlənilib.

Sonra federasiyanın ötən il üzrə maliyyə hesabatı təqdim edilib.

Hesabatların təsdiqindən sonra federasiyanın fəaliyyəti ilə əlaqədar yığıncağın gündəliyində duran digər məsələlərə baxılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər