"Gedə bilərdim, təklifi geri çevirdim" - DÇ-2022-nin ulduzu qalır

"Gedə bilərdim, təklifi geri çevirdim" - DÇ-2022-nin ulduzu qalır

Mərakeş millisinin və "Sevilya"nın hücumçusu Yussef En-Nesiri "Vest Hem Yunayted"ə keçəcəyi ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:

"Agentimlə əlaqə saxlayan, mənimlə maraqlanan bütün klublara təşəkkür edirəm. Amma bütün düşüncələrim "Sevilya" ilə bağlıdır. Bu, pul məsələsi deyil. Hə, gedə bilərdim, ancaq təklifi geri çevirdim. Biz bir-birimizə lazımıq. Komandama kömək etmək, gördüyüm işdən, oynadığım futboldan zövq almaq istəyirəm. Əla heyətimiz var. İnanırıq ki, yalnız irəli addımlayacağıq".

Qeyd edək ki, En-Nesiri 2020-ci ilin yanvarından "Sevilya"dadır. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər