Futzal yığmamız ardını gətirə bilmədi, macəra erkən bitdi

Futzal yığmamız ardını gətirə bilmədi, macəra erkən bitdi

Futzal üzrə Azərbaycan yığması dünya çempionatının elit-raundunda son oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Joze Alesio Da Silvanın yetirmələri Xorvatiyanın Osiek şəhərində Slovakiya yığması ilə qarşılaşıb. "Gradski vrt Arena"dabaş tutan görüşdə qələbəyə hava və su qədər ehtiyacı olan seçməniz istəyinə çata bilməyib. Matç 3:3 hesablı bərabərliklə bitib. Rusiya üzərində 4:3 hesablı zəfərdən sonra azarkeşləri ümidləndirən təmsilçimiz C qrupunda mübarizəni 4 xalla başa vurub. 

Qrup qalibi və elit-raunda vəsiqə verən ikinci yerin sahibi saat 23:00-da başlayan Xorvatiya - Rusiya matçından sonra müəyyənləşib. Rusiya bu görüşdə 4:3 hesablı qələbə qazanıb. Azərbaycan qrup ikincisi kimi irəliləmək şansını itirib.

 

Yekunda Rusiya 6 xalla 1-ci, Xorvatiya eyni xalla 2-ci, Azərbaycan 3-cü (4 xal), Slovakiya (1 xal) sonuncu olub. 

1 fevral

DÇ-nin elit raund mərhələsi

Azərbaycan – Slovakiya - 3:3 Qollar: Marian Hudek, 08:10. Matuş Çevçik, 30:42. Matuj Kijovski, 39:52 – Rafael Vilela, 16:21. Matuj Kijovski, 28:51-öz qapısına. Bolinya, 39:57. Xorvatiya, "Qradski vrt Arena”

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər