"Fulhem" elitaya vəsiqəni vaxtından əvvəl təmin etdi

"Fulhem" elitaya vəsiqəni vaxtından əvvəl təmin etdi

“Fulhem” öz meydanında “Preston Nort End”ə 3:0 hesabı ilə qalib gələrək vaxtından əvvəl Premyer Liqaya yüksəlib.

Fanat.Az xəbər verir ki, görüş çərşənbə axşamı Londonun "Kreyven Kottec" stadionunda baş tutub. “Bağbanlar”ın heyətində qolları Aleksandr Mitroviç (9-cu və 41-ci dəqiqə) və Fabiu Karvalyu (34) vurub.

“Fulhem” 42 oyunda yığdığı 83 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə olan “Bornmut”un isə 77 xalı var. Təqibçisi liderdən 1 oyun az keçirib. Çempionat 46 turdan ibarətdir. İki komanda birbaşa elitaya yüksəlir, üçüncü-altıncı yerləri tutan klublar Premyer Liqaya çıxmaq üçün pley-off oynayırlar. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər