Fransa çempionatında kütləvi dava - FOTOLAR/VİDEO

Fransa çempionatında kütləvi dava - FOTOLAR/VİDEO

Fransa çempionatının VII turunda "Anje" - "Marsel" matçından sonra azarkeşlər arasında kütləvi dava düşüb.

Fanat.Az "RMC" saytına istinadən xəbər verir ki, "Marsel" tərəfdarları final fitindən sonra meydana girərək "Anje"nın azarkeşləri oturduğu tribunaya qaçıb. Bundan sonra kütləvi dava düşüb və stadiona əhəmiyyətli dərəcədə zərər dəyib.

Digər bir mənbə, fransalı idman jurnalisti Matyo Marqiret xəbər verir ki, oyun boyu "Marsel" azarkeşləri təhqiramiz şüarlarla çıxış edirdi.

Həmin anın videogörüntüsünü təqdim edirik:

 

Qeyd edək ki, bu, Fransa çempionatının cari mövsümündə ilk qalmaqallı oyunu deyil. Daha əvvəl Liqa 1-in III turunda "Nitsa" - "Marsel" matçı zamanı ev sahiblərinin azarkeşləri meydana girərək futbolçularla dava etmişdi.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər