"Formula1"-in pilotu "Mercedes"dən şikayətləndi: "Bu avtomobillə çətindir"

"Formula1"-in pilotu "Mercedes"dən şikayətləndi: "Bu avtomobillə çətindir"

"Mercedes"in pilotu Lyuis Hamilton bu həftəsonu Melburnda keçiriləcək Avstraliya Qran-Prisi öncəsi  avtomobilindən şikayətlənib. 

Fanat.Az xəbər verir ki, yeddiqat dünya çempionu ilk məşqdən sonra bu barədə danışıb: 

"Həqiqətən çətin idi. Nə etsək də, indi heç nəyi düzəldə bilmirik. Nikbin şəkildə məşq etməyə başlayırsan, amma alınmır. Dəyişikliklər edirsən, yenə heç nə dəyişmir. Nə deyəcəyimi bilmirəm, bu avtomobillə həqiqətən çətindir".  

Hamiltonun komanda yoldaşı Corc Russell də eyni şəkildə şikayətlənib:

"Bu, bizim istədiyimiz kimi deyil, problemin nə olduğunu anlamağa çalışmalıyıq. Avtomobilin parametrlərində mümkün olan hər şeyi sınadıq, lakin heç bir nəticəsi olmadı. Bunun nə ilə bağlı olduğunu öyrənməliyik"

Qeyd edək ki, ilk iki yarışdan sonra "Mercedes" lider "Ferrari"dən 40 xal geri qalır. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər