PSJ-nin hücumçusu Kilian Mbappenin "Real Madrid"ə transferi gündəmdədir.
Fanat.Az xəbər verir ki, "Kral klubu"nun prezidenti Florentino Peres "El Chiringuito"ya müsahibəsində bu keçidin baş tutacağına eyham vurub.
"İnsanların məni tanımayacağını düşünərək maska taxıram. Ancaq birdən kənardan "Mbappeni al" dediklərini eşidirəm. Mən də "narahat olmayın" deyirəm".
"El Chiringuito" agentliyinin tanınmış jurnalisti Xosep Pedrerol da İspaniya təmsilçisinin fanatları üçün ümidverici açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, "Real" Mbappe ilə müqavilə bağladıqlarını avqustun son iki həftəsində elan edəcək."
Qeyd edək ki, 2018-ci ildən Paris klubunda çıxış edən 22 yaşlı forvard bu il PSJ-dən ayrılmaq niyyətindədir.
Emin Şəmsiyev