Firmino "Əl-Əhli"dən ayrılır - Hansı kluba keçir?

Firmino "Əl-Əhli"dən ayrılır - Hansı kluba keçir?

"Liverpul"un sabiq hücumçusu, hazırda "Əl-Əhli"nin uğurları üçün çalışan Roberto Firmino yanvarda İngiltərəyə qayıda bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.

Xəbərə görə, 32 yaşlı braziliyalı Pro Liqaya və bir ölkə olaraq Səudiyyə Ərəbistanına uyğunlaşmaqla bağlı ciddi problem yaşayır və bu səbəbdən iş yerini dəyişmək niyyətindədir. Mənbə "sambaçı"nı bir neçə İPL klubu ilə yanaşı, Türkiyə təmsilçilərinin də istədiyini vurğulayıb.

Xatırladaq ki, "Əl-Əhli"yə yayda keçən Firmino cari mövsüm bütün turnirlərdə 19 matça çıxaraq 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər