"Fiorentina"dan ayrıldı, bu klubla razılaşdı

"Fiorentina"dan ayrıldı, bu klubla razılaşdı

Ötən həftəsonu "Fiorentina"dan istefa verən Vinçentso İtalyanonun yeni iş yeri bəlli olub.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. 

Mənbənin məlumatına görə, məşqçi Çempionlar Liqasında iştirak edəcək "Bolonya"ya rəhbərlik edəcək. O, tezliklə klubla iki illik - 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq. 

Xatırladaq ki, “Bolonya” Tyaqo Mottanın rəhbərliyi altında tarixi uğurlu mövsüm keçirərək A Seriyasını dördüncü pillədə başa vurub. Bu, Çempionlar Liqası zonasıdır. Lakin Motta klubu tərk edib. 

46 yaşlı İtalyano məşqçilik karyerasının son üç ilini “Fiorentina”da çalışıb. Həmçinin daha əvvəl "Trapani", "Venesia" və "Spetsia"ya rəhbərlik edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər