"Fiorentina" rusdan qurtulmağa çalışır

"Fiorentina" rusdan qurtulmağa çalışır

Rus hücumçu Aleksandr Kokorin "Fiorentina"nı yanvarda tərk edəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere Dello Sport" yayıb.

Mənbə 30 yaşlı forvardın Rusiyaya qayıdacağını və ya BƏƏ klublarından birinə keçəcəyini açıqlayıb. "Bənövşəyilər"in onun sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam vermək üçün bütün variantlara hazır olduğu bildirilib.

Qeyd edək ki, bu mövsüm çıxdığı 4 çempionat matçında məhsuldar göstəricilərlə yadda qalmayan Kokorinin Florensiya təmsilçisi ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər