"Fiorentina" peşman olub, daha ruslarla iş görməyəcəklər

"Fiorentina" peşman olub, daha ruslarla iş görməyəcəklər

İtaliyanın "Fiorentina" klubunun rəhbərliyi cari mövsüm başa çatdıqdan sonra rusiyalı hücumçu Aleksandr Kokorinlə vidalaşmaq niyyətindədir.

Fanat.Az "Firenze Viola" saytına istinadən xəbər verir ki, florensiyalıların bossları rus hücumçunun alınmasının böyük bir səhv olduğunu və onu komandada görmək istəmədiyini etiraf ediblər. Klub rəsmiləri qeyd ediblər ki, futbolçunu alarkən aldanıblar və gələcəkdə rusiyalı həmkarları ilə əməkdaşlıq etməyəcəklər.

“Fiorentina” ötən qış Kokorindən qurtulmağa çalışsa da, alıcı tapa bilməyib. Müqaviləyə xitam veriləcəyi təqdirdə, klub 31 yaşlı forvarda 1,8 milyon avro məbləğində təzminat ödəməli olacaq.

Daha əvvəl bildirilmişdi ki, ötən qış Kokorin Moskvanın "Ximki" klubuna keçə bilər.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər