Finalçılar bəlli oldu

Finalçılar bəlli oldu

Fransa kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu yarımfinal görüşü “Ansi” və “Tuluza” komandaları arasında baş tutub.

Üç qolun qeydə alındığı matç Liqa 1 təmsilçisinin qələbəsiylə yekunlaşıb. Nəticədə ikinci finalçı “Tuluza” olub.

Daha öncə “Nant” da həlledici oyuna vəsiqə qazanmışdı. Beləliklə, finalda “Tuluza” ilə “Nant” komandaları üz-üzə gələcəklər. Həlledici oyun aprelin 29-da keçiriləcək.

Fransa kuboku Yarımfinal 5 aprel

Nant – Olimpik (Lion) 1:0 Qol: Blas, 57.

6 aprel

Ansi – Tuluza 1:2 Qol: Bosetti, 45+4-pen – Abuxlal, 36. Çaibi, 85.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər