Final matçının keçiriləcəyi stadion məlum oldu

Final matçının keçiriləcəyi stadion məlum oldu

KONKAKAF Millətlər Liqasının finalı Las-Veqasdakı “Allecent” stadionunda keçiriləcək.

Fanat.Az xəbər verir ki, məlumatı Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasının saytı yayıb.

Turnirin yarımfinal, üçüncü yer uğrunda görüşləri də bu arenada olacaq. Oyunlar 15-18 iyunda keçiriləcək.

“Allecent” stadionu “Las Vegas Raiders” klubuna məxsusdur və 65.000 tamaşaçı tutumuna malikdir.

KONKAKAF Millətlər Liqasının ilk qalibi ABŞ yığması olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər