"Final fitindən sonra ağlayacağımı düşündüm" - Frenk Lempard

"Final fitindən sonra ağlayacağımı düşündüm" - Frenk Lempard

“Everton”un baş məşqçisi Frenk Lempard İngiltərə çempionatının 33-cü turunun təxirə salınmış oyununda “Kristal Pelas” üzərində qazandığı qələbədən (3:2) danışıb. 

Fanat.Az xəbər verir ki, "Goal" komandasını sona bir tur qalmış aşağı liqaya düşməkdən xilas edən 43 yaşlı mütəxəssisin təəssüratlarını belə çatdırıb: 

“Bu, mənim futbol həyatımın və karyeramın ən gözəl anlarından biridir. Çox şanslıyam ki, “Çelsi”də oyunçu, "Everton"da baş məşqçi kimi gözəl anlara şahidlik etmişəm. "Everton" xüsusi klubdur və mən indi onun baş məşqçisi olmaqdan qürur duyuram.

Final fitindən sonra bir anlıq ağlayacağımı düşündüm. Ancaq oyundan sonra böyük sevinc hissi yaşadım".

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər