Fidel Kastronun qadağası aradan qaldırıldı

Fidel Kastronun qadağası aradan qaldırıldı

Kubada Milli Boks Federasiyası ölkədə peşəkar boksa qoyulan 60 illik qadağanı aradan qaldırılıb. 

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, federasiya mayın 20-də Meksikanın Aqvaskalientes şəhərində keçiriləcək "Qızıl Üzük" promosu ilə razılığa gəldikdən sonra bu qadağanı ləğv edib. Şou bütün Latın Amerikasında yayımlanacaq. Şouda Tokio Olimpiya çempionları Xulio Sezar la Kruz, Arlen Lopez, Roniel İqlesias və Endi Kruzun iştirak edəcəyi gözlənilir.

Kubada peşəkar boksa qoyulan qadağa 1962-ci ildə keçmiş lider Fidel Kastronun peşəkar boksu "korrupsia mənbəyi" və "korrupsionerlər yğıncağı" adlandırması ilə başlayıb. Bununla belə, sözügedən ölkədə həvəskar boks inkişaf edib, Kuba idmançıları müxtəlif yarışlarda mükafatlar qazanıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər