FIDE reytinqi: Rəcəbov 5, dünya çempionu 36 pillə irəlilədi

FIDE reytinqi: Rəcəbov 5, dünya çempionu 36 pillə irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Teymur Rəcəbov (2747 xal) 5 pillə irəliləyərək 11-ci sıraya yüksəlib. 2741 xalı olan Şəhriyar Məmmədyarov isə bir mövqe geriləyərək 14-cü yerdə qərarlaşıb.

Qədir Hüseynov (2661) 2 pillə geriləyərək 86-cı yerə enib. 2646 xala malik Rauf Məmmədov 100-cü, Nicat Abbasov 102-cidir.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2428) 37-cidir. İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 2387 xalla 98-ci pillədən 62-ci sıraya yüksəlib. Xanım Balacayeva (2379) 73-cü, Gülnar Məmmədova isə (2376) 78-ci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər