FIDE reytinqi: Məmmədyarov və Rəcəbovun yeri dəyişmədi

FIDE reytinqi: Məmmədyarov və Rəcəbovun yeri dəyişmədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Fanat.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Teymur Rəcəbov 2747 xalla 11-ci, Şəhriyar Məmmədyarov 2740 xalla 14-cü pillədə qalıb.

Qədir Hüseynov (2661) iki pillə irəliləyərək 84-cü yerdə qərarlaşıb. Ş

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2472) 21-ci, Ülviyyə Fətəliyeva (2428) 38-cidir. Oktyabrda gənclər arasında dünya çempionatının qalibi olan Gövhər Beydullayeva 2387 xalla 63-cü sıradadır. Xanım Balacayeva (2379) 71-ci, Gülnar Məmmədova isə (2376) 76-cı pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər