Fərid Qayıbov bloqerlərlə görüşdü

Fərid Qayıbov bloqerlərlə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov bloqerlərlə görüşüb.

Fanat.Az nazirliyə istinadən xəbər verir ki, o, görüşdən öncə Binəqədi Gənclər Evinin fəaliyyəti ilə tanış olub, burada yaradılmış şəraitlə maraqlanıb və mərkəzin xidmətindən istifadə edən gənclərlə söhbət edib.

Görüşdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 10-dan çox bloqqer iştirak edib. Onların suallarını cavablandıran nazir sosial media mövzusunda mövcud problemlərlə bağlı müzakirələr aparıb.

Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər öz fəaliyyətləri barədə danışıb, onları narahat edən məsələlər haqqında məlumat veriblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər