Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. 
Fanat.Az xəbər verir ki, seçki bu gün UEG-in Xorvatiyanın Split şəhərindəki Baş Assambleyası çərçivəsində gerçəkləşib.
F.Qayıbov qurumun prezidenti postu uğrunda mübarizədə sloveniyalı Edvar Koları üstələyib. Bunadək o, UEG-də vitse-prezident vəzifəsində çalışıb.
Qeyd edək ki, Fərid Qayıbov beynəlxalq quruma rəhbərlik edəcək ilk azərbaycanlı funksioner kimi tarixə düşüb. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər