"Fenomen" Ronaldonun doğum günü - VİDEO

"Fenomen" Ronaldonun doğum günü - VİDEO

Bu gün Braziliya millisinin və "Real Madrid" klubunun əfsanəvi hücumçusu Ronaldonun həyatında əlamətdar gündür.

Fanat.Az xəbər verir ki, bu gün 2 qat dünya çempionu (1994, 2002), Dünya Çempionatının gümüş mükafatçısı (1998), Olimpiya Oyunlarının bürünc mükafatçısı (1996), Konfederasiyalar Kubokunun qalibi (1997), 2 dəfə Amerika Kubokunun qalibi (1997, 1999), Amerika Kubokunun gümüş mükafatçısı (1995), UEFA Kubokunun qalibi (1998), Kuboklar Kubokunun qalibi (1997), qitələrarası kubokun qalibi (2002), 2 dəfə UEFA Superkubokunun qalibi (2002, 2007), 2 qat İspaniya çempionu (2003, 2007), İspaniya Super Kubokunun qalibi (2003), Hollandiya Kubokunun qalibi (1996), Braziliya Kubokunun qalibi (2009), FİFA-üzrə 3 dəfə ilin futbolçusu (1996, 1997, 2002), "France Football"a görə 2 dəfə "Qızıl top" mükafatçısı (1997, 2002), 3 dəfə Dünyada İlin Futbolçusu (1996, 1997, 2002), "qızıl buts"un (1997) qalibi, FIFA Dünya Kubokunun ən yaxşı oyunçusu (1998),  2 qat Amerika Kubokunda İlin Futbolçusu (1997, 1999), UEFA-da ilin ən dəyərli oyunçusu (1998), 2 dəfə Bravo kubokunun qalibi (1997, 1998)  braziliyalı hücumçu Luis Nazario De Lima Ronaldonun doğum günüdür.

Ronaldo 1975-ci ildə Braziliyada, Rio-de-Janeyroda dünyaya gəlib.

Bir çox futbol təşkilatlarının, peşəkar futbol mütəxəssislərinin və idmançıların fikrincə Ronaldo futbol tarixinin ən yaxşı oyunçularından biridir.

FİFA futbolçunun doğum günü münasibəti ilə rəsmi "Twitter" səhifəsində onun vurduğu qollardan ibarət qısa videogörüntü təqdim edib:

"Yekə diş" ləqəbli futbolçu karyerası ərzində keçirdiyi 384 oyuna 280 qol vurub.

Xatırladaq ki, hazırda Ronaldo İspaniyanın ikinci diviziyonu Sequndada çıxış edən "Real Valyadolid" klubunun prezidentidir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər