Türkiyənin “Fənərbağça” klubu futbolçusu Sinan Gümüşlə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumçu ilə müqaviləyə xitam verilib. Buna Gümüşün karyerasını “Antalyaspor”da davam etdirmək istəməsi səbəb olub. O, yeni klubu ilə 2,5 illik sözləşmə imzalayıb. Hücumçu gələcəkdə başqa bir kluba satılacağı halda gəlirin 50 faizi “Fənərbağça”ya ödəniləcək. Sinan “Fənərbağça”ya ötən mövsümün əvvəlində transfer edilmişdi. Sözügedən forvard 2020-ci ildə də “Antalyaspor”da forma geyinib. Gümüş daha öncə İtaliyanın “Cenoa”, Almaniyanın “Ştutqart” klublarında, eləcə də, “Qalatasaray”da çıxış edib.