"Fənərbaxça"nın stadionunda "Göztəpə" qol vurdu" deyən azarkeşi dödülər

"Fənərbaxça"nın stadionunda "Göztəpə" qol vurdu" deyən azarkeşi dödülər
Ötən gün baş tutan "Fənərbaxça" - "Konyaspor" matçın bir azarkeş digərləri tərəfindən döyülüb.
Fanat.Az xəbər verir ki, buna səbəb onun etdiyi zarafat olub.
Belə ki, son turda "Fənərbaxça"nın çempion olması üçün "Konyaspor"u məğlub etməklə yanaşı, "Qalatasaray"ın məğlubiyyəti və "Başakşəhər"in xal itkisi lazım idi. "Fənərbaxça" 2:0 hesabı ilə öndə olarkən oyunu izləyən azarkeşlər telefonla digər qarşılaşmaların hesablarını izləyirmiş. Bu zaman "Başakşəhər" - "Kasımpaşa" oyununda hesab 2:2, "Göztəpə" - "Qalatasaray" matçında 0:0 olub. Belə gərgin anda "Fənərbaxça" azarkeşlərindən biri "Göztəpə" qol vurdu" deyə qışqırıb. Amma az sonra onun zarafat etdiyi məlum olub. Buna qəzəblənən fanatlar "Göztəpə" qol vurdu" qışqıran azarkeşi döyüblər. Onu qəzəbli azarkeşlərin əlindən mühafizəçilər alıb.
Qeyd edək ki, "Qalatasaray" "Göztəpə"ni 1:0 hesabı ilə yenərək çempion olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər