Federasiya karyerasını bitirmiş legionerə əvəzləyici tapdı

Federasiya karyerasını bitirmiş legionerə əvəzləyici tapdı

Karyerasını bitirmiş Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanı Səbinə Əliyeva əvəzləyib.

Azərbaycan Qış İdmanı Növləri Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, yeni idmançı beynəlxalq yarışlarda Vladimir Litvintsevlə birlikdə mübarizə aparacaq.

Rusiyanın Vladivostok şəhərində doğulmuş Əliyeva əvvəlcə qonşu ölkəni təmsil edib. 14 yaşlı idmançı daha sonra öz istəyi ilə Azərbaycan yığmasında çıxış etməyə başlayıb. 

Qeyd edək ki, Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil etmiş 19 yaşlı Y. Ryabova səhhətində yaranan problemlə əlaqədar idmanla vidalaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər