"Komandada hər hansı bir çatışmazlıq varmı? Var! Amma komandanın potensialı da var. Bursa şəhərində coşğu və həyəcan var. Məqsədimiz artıq bəllidir. Camiənin və azarkeşlərimizin dəstəyi ilə məqsədimizə çatmaq istəyirik ".
Fanat.Az xəbər verir ki, bu fikirlər bu gün "Bursaspor"un baş məşqçi postuna təyin olunan Fatih Tekkeyə məxsusdur.
Türkiyənin "Bu gün" nəşrinə açıqlama verən 44 yaşlı mütəxəssis "Bursaspor"un liqadakı 2 matçını izlədiyini deyib: "İtirəcək vaxt yoxdur. Mən artıq Trabzondan təyyarəyə minərək Bursaya gəlirəm. Bu axşam saat 19.00-da ilk məşqimizə başlayacağıq. İstanbul Yeni Hava Limanından birbaşa məşqə gələcəyəm. Çatdırmasam, köməkçim Orhan Çıkrıkçı komandanı məşqə çıxaracaq. Oyun sistemimiz bəllidir. Amma əlimizdəki kadrlara görə yeni sistem tətbiq edəcəyik. Transferlər barədə indidən nəsə demək istəmirəm. Başlayaq, sonra baxarıq. Hazırda bizim üçün önəmli olan növbəti oyundur".
Namik Ələsgərovun da çıxış etdiyi "Bursaspor"la 1+1 illik müqavilə imzalayan Fatih Tekkenin məşqçilər korpusunda Orhan Çıkrıkçı, "Bursaspor"un keçmiş futbolçusu Volkan Bekiroğlu, qapıçı məşqçiləri Koray Tanrıverdi və Salih Tekke yer alacaq. Mirağa