Fati hansı İngiltərə nəhənginə qismət olacaq? - "Barsa" bu qiymətə satır

Fati hansı İngiltərə nəhənginə qismət olacaq? - "Barsa" bu qiymətə satır

"Barselona"nın hücumçusu Ansu Fati karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Xəbərə görə, 20 yaşlı forvardın xidmətində 3 İngiltərə nəhəngi - "Liverpul", "Arsenal" və "Mançester Siti" maraqlıdır. Mənbə Kataloniya təmsilçisinin Fatini 100 milyon avroya satmağı planlaşdırdığını açıqlayıb. 

Sözügedən klubların nümayəndələrinin gənc futbolçunun agenti ilə əlaqə saxlayaraq transferi müzakirə etdikləri də vurğulanıb.

Qeyd edək ki, bu mövsüm La Liqada 20 oyuna çıxan Ansu 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər