NASCAR yarış seriyasının yeni təqvimi yayımlanıb.
Fanat.Az xəbər verir ki, çempionat 17 mayda Darlinqtonda bərpa ediləcək. NASCAR, koronavirus pandemiyası səbəbindən bütün turnirlərin dayandırıldığı periodda UFC 249-dan sonra keçiriləcək ikinci böyük idman hadisəsi olacaq.
17 və 20 mayda Darlinqtonda, 24 və 27 mayda isə Şarlottda keçiriləcək yarışlara azarkeşlər buraxılmayacaq. Mərhələlərdən öncə məşq sessiyaları olmayacaq. Təsnifat yalnız Şarlottdakı ilk yarışdan əvvəl baş tutacaq.
Qeyd edək ki, NASCAR-da mövsümün 4 mərhələsi geridə qalıb. 8 martdan bəri çempionata fasilə verilmişdi.
Fanat.Az