Fanat.Az 12 yaşında!

Fanat.Az 12 yaşında!
Bu gün Fanat.Az-ın yaranmasının 12 ili tamam olur. 2008-ci ilin 5 oktyabrında müstəqil Fanat.Az domenində fəaliyyətə başlayan sayt Azərbaycanın ilk milli xəbər portalıdır.
 
Bu vaxta qədər rus dilində, həmçinin agentliklərin əlavəsi olaraq Azərbaycan dilində xəbər saytları fəaliyyət göstərsə də, Fanat.Az ilk dəfə müstəqil şəkildə və doğma dildə fəaliyyət göstərən idman saytı olaraq tarixə düşüb. Bundan sonra yeni saytlar fəaliyyətə başlayıb və Azərbaycan idman mediası inkişaf dövrünə qədəm qoyub.
 
İlk gündən oxucuların sevimlisi olan Fanat.Az qısa müddətdə idman mediasının öncüllərindən birinə çevirilib. Azərbaycanla yanaşı, ölkə xaricində yaşayan minlərlə soydaşımız hər gün idman xəbərlərini məhz Fanat.Az səhifələrindən oxuyur.
Fanat.Az ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə də biganə qalmır. Bu günlərdə cəbhədə baş verən ən son proseslərlə bağlı oxucularını dayanmadan məlumatlandıran Fanat.Az şanlı Azərbaycan Ordusunun uğurlu əməliyyatlarının və mənfur düşmənin dinc insanlara qarşı vəhşilikləiinin dünyaya çatdırılması prosesində yaxından iştirak edirö
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər