Əzizli İran çempionu oldu

Əzizli İran çempionu oldu

İranda yunan-Roma güləşi üzrə klub çempionatı başa çatıb.

 

Fanat.Az xəbər verir ki, ölkə çempionu adına Azərbaycan güləşinin ulduzlarından olan Eldəniz Əzizlinin komandası yiyələnib.

 

Dünya və Avropa çempionu olan Eldəniz "İran Moll"un heyətində iki görüş keçirib. Mehriqan Cahangirini 8:0 hesabıyla yenən bahadırımız Masib Əkbəriyə də qalib gəlib – 10:2.

 

Qeyd edək ki, Əzizlinin üzvü olduğu kollektiv dekabr ayında Tehranda keçiriləcək klublararası dünya çempionatına qatılacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər