Topaz Premyer Liqasında çıхış edən klubların əvəzedici heyətlərinin yarışında qış fasiləsi başlayıb. Fanat.az хəbər verir ki, cümə və şənbə günü XVIII turun oyunları baş tutub..
İlk oyun günündə iki matç keçirilib. "Qəbələ" səfərdə "Qarabağ"a qalib gəlib - 1:0. "Sumqayıt" isə doğma meydanda "Rəvan"ı 2:1 hesabı ilə məğlub edib.
İkinci oyu günündə isə II dövrənin və 2015-ci ilin so 3 matçı baş tutub. "İnter" evdə "Xəzər Lənkəran"ı darmadağın edib - 3:0. "Kəpəz" - "Neftçi" görüşündə hesab açılmayıb - 0:0. AZAL isə "Zirə"ni 1:0 hesabı ilə yenib.
Əvəzedici heyətlər
2015/16 mövsümü
II dövrə, XVIII tur
18 dekabr
Sumqayıt - Rəvan 2:1
Qollar: Şahin Əliyev, 61; 77 - Kənan Manafov, 17.
Qarabağ - Qəbələ 0:1
Qol: Ehtiram Şahverdiyev, 28.
19 dekabr
İnter - Xəzər Lənkəran 3:0
Qollar: İlkin Sadıqov, 46; 84. Əlimirzə Daşzərini, 90+3.
Kəpəz - Neftçi 0:0
AZAL - Zirə 1:0
Qol: İlqar Babayev, 57.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qəbələ | 18 | 12 | 0 | 6 | 39-20 | 36 | |
| 2 | Neftçi | 18 | 10 | 4 | 4 | 46-26 | 34 | |
| 3 | Sumqayıt | 18 | 9 | 6 | 3 | 39-21 | 33 | |
| 4 | Kəpəz | 18 | 8 | 4 | 6 | 19-21 | 28 | |
| 5 | Rəvan | 18 | 8 | 1 | 9 | 28-25 | 25 | |
| 6 | Qarabağ | 18 | 6 | 6 | 6 | 21-18 | 24 | |
| 7 | Zirə | 18 | 6 | 5 | 7 | 19:30 | 23 | |
| 8 | İnter | 18 | 6 | 3 | 9 | 30-37 | 21 | |
| 9 | Xəzər Lənkəran | 18 | 6 | 1 | 11 | 25-41 | 19 | |
| 10 | AZAL | 18 | 3 | 2 | 13 | 18-45 | 11 | |
|
Bombardirlər | Ehtiram Şahverdiyev (Qəbələ) - 12. Mirabdulla Abbasov (Neftçi) - 10. Aqşin Qurbanlı (Neftçi), Emil Həsənzadə (Sumqayıt), Ramil Mansurov (İnter), Şahin Əliyev (Sumqayıt) - 8. | |||||||
Fanat.az