Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin I turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Fanat.az xəbər verir ki, mövsümə Polşada “Ximik”lə oyunla start verəcək Azərbaycan çempionu “Rabitə”ni meydana macarıstanlı Jolt Mezöffi çıxaracaq.
Ona Ahti Huntaniska (Finlandiya) kömək edəcək.
“Azəryol”un “Nant”la (Fransa) qarşılaşmasında isə baş hakim Yuri Bakunoviç (Belarus) olacaq. Bakıda baş tutacaq görüşdə ikinci hakim funksiyasını rusiyalı Yevgeni Makşanov icra edəcək.
Qeyd edək ki, hər 2 görüş noyabrın 12-də keçiriləcək.
Fanat.az