"Çelsi"nin keçmiş futbolçuları Eşli Koul (Ashley Cole) və Co Koul (Joe Cole) məşq zamanı komandanın sabiq kapitanı Con Terri (John Terry) ilə bağlı maraqlı hadisəni xatırlayıblar.
Fanat.Az xəbər verir ki, keçmiş futbolçular bu barədə "Mirror" nəşrinə müsahibədə danışıblar.
"Co məşq zamanı driblinqlə topu Terrinin ayaqları arasından keçirdi və onu çiyni ilə itələdi. Con onu öldürmək istəyirdi. Bu zaman mən gülməyə başladım və o, mənim üstümə hücum çəkdi. Sonra məşqçi də gülməyə başladı. Terri ətrafdakı hər kəsi öldürmək istəyirdi. Topu onun ayaqları arasından keçirmək onun üçün olduqca biabırçı bir şey idi. Sonra ona məşq zalını göstərib dedim: "Hələ zəif futbolçusan, get məşq et!". Onu əməlli əsəbləşdirmişdim. Bu adamı sevirəm."
Xatırladaq ki, "Çelsi"nin heyətində bir sıra titullara yiyələnən Con Terri 2018-ci ilin oktyabr ayında futbolçu karyerasını başa vurduğunu elan edib.
Emin Şəmsiyev