Eşli Koul İbrahimoviçi pislədi: "Hegemonluq edirdi"

Eşli Koul İbrahimoviçi pislədi: "Hegemonluq edirdi"

Veteran futbolçu Eşli Koul (Ashley Cole) Zlatan İbrahimoviçlə "Los-Anceles Qalaksi" klubunda çıxış etdiyi dönəmdən danışıb.

Fanat.Az "ASpor" saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis isveçli hücumçunun bəzi xoşagəlməz davranışlarından bəhs edib:

"Bəzən Zlatan soyunub-geyinmə otağında komanda yoldaşlarına "Sən pis futbolçusan", "Qaça bilmirsən", "Çox ləngsən" kimi sözlər deyirdi. 

Özünü hegemon kimi aparırdı. Bir dəfəsində hətta mənə əl qaldırmaq istəyib. Dedim ki, əlini aşağı sal, haqlı ola bilərsən, amma əl qaldırmağa haqqın yoxdur".

Xatırladaq ki, futbolçular MLS komandasında birlikdə cəmi bir mövsüm keçirib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər