Erikseni Çalhanoğlu əvəz edə bilər

Erikseni Çalhanoğlu əvəz edə bilər
Türkiyə millisinin və "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu klubunu dəyişə bilər. 
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 
Xəbərə görə, futbolçu Milanda qalacaq, amma başqa klubun heyətində çıxış edəcək. 30 iyunda müqaviləsi başa çatacaq futbolçunu "Milan" yeni müqaviləyə razı sala bilməyib. Əvəzində isə Milan şəhərinin digər təmsilçisi "İnter" 27 yaşlı futbolçuya daha sərfəli təklif irəli sürməyə hazırdır. 
Qeyd edək ki, "İnter" karyerasını başa vuracağı gözlənilən Kristian Eriksenın yerinə futbolçu axtarışındadır. 
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər