Erik ten Haq məşhur həmyerlisini yanına dəvət etdi

Erik ten Haq məşhur həmyerlisini yanına dəvət etdi

PSV-nin keçmiş baş məşqçisi Rud van Nistelroy özünə Premyer Liqada iş tapa bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin məlumatına görə, söhbət heç də "Börnli"dən getmir. Baxmayaraq ki, niderlandlı mütəxəssis sözügedən klubdan da təklif alıb. 

Ancaq Nistelroy "Mançester Yunayted"ə keçə bilər. Onu "qırmızı şeytanlar"a həmyerlisi, baş məşqçi Erik ten Haq dəvət edib. Van Nistelroyun hansı seçimi edəcəyi bilinmir.

"Mançester Yunayted" keçən mövsüm İngiltərə Kubokunu qazanıb. Komanda Premyer Liqanı 8-ci pillədə başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər