Erik ten Haq istefaya göndərilir? - AÇIQLANDI

Erik ten Haq istefaya göndərilir? - AÇIQLANDI

"Mançester Yunayted" rəhbərliyinin komandanın baş məşqçisi Erik ten Haqla bağlı mövqeyi bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı "The Guardian" yayıb.

Xəbərə görə, "qırmızı şeytanlar"ın bossları uğursuz nəticələrə rəğmən, niderlandlı mütəxəssisi istefaya göndərmək niyyətindən uzaqdırlar. Mənbə İngiltərə nəhənginin idarəçəlilərinin ona güvəndiklərini və komandanı yeni səviyyəyə daşıyacağına inandılarını vurğulayıb. Rəhbərliyin zədəlilərin çoxluğunu da nəzərə aldığı və mövcud vəziyyəti şanssızlıqla əlaqələndirdiyi diqqətə çatdırılıb.

MY bu mövsüm Erik ten Haqın rəhbərliyi çıxdığı ilk 10 oyunun 6-da yenilgi ilə üzləşib.

Çempionlar Liqasınının A qrupunda mübarizə aparan Mançester təmsilçisi ilk turda "Bayern Münhen"ə səfərdə 3:4, dünən isə evdə "Qalatasaray"a 2:3 hesabı ilə uduzub və hazırda qrup sonuncusudur. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər