Ərəblərlə anlaşan Cerrardın yeni təqdimatı - VİDEO

Ərəblərlə anlaşan Cerrardın yeni təqdimatı - VİDEO

“Əl-İttifaq”ın baş məşqçisi Stiven Cerrard gələcəyini bu komanda ilə bağlamaq qərarına gəlib.

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi rəsmi saytında 43 yaşlı ingilislə 2027-ci ilə qədər olan yeni müqavilə imzaladığını açıqlayıb.

Sözügedən klub yeni anlaşmanı belə təqdim edib:

Stiven Cerrard 2023-cü ilin iyulunda “Əl-İttifaq”ı çalışdırır. Bu müddət ərzində komanda onun rəhbərliyi altında 25 oyun keçirib (11 qələbə, 7 heç-heçə, 7 məğlubiyyət). Baxmayaraq ki, hazırda Cerrard və komandası üçün işlər yaxşı getmir. Çünki “Əl-İttifaq” sonuncu dəfə oktyabrın 28-də qalib gəlib. O vaxtdan bəri komanda dörd məğlubiyyətlə üzləşib və beş heç-heçə edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər