Ərəblərin milyonları Busketsi razı salmadı - MƏBLƏĞ

Ərəblərin milyonları Busketsi razı salmadı - MƏBLƏĞ

Kriştianu Ronaldunun bu qış üz tutduğu "Əl-Nəsr" klubu Serxio Busketsin keçidini həll edə bilməyib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Catalunya Radio" məlumat yayıb. 

"Barselona"nın yarımmüdafiəçisi ərəblərin illik 20 milyon avro maaşla təklif etdiyi böyük müqaviləyə razılıq verməyib. O, hələ karyerasını harada davam etdirməklə bağlı yekun qərar verməyib. Busketsin yetirməsi olduğu klubla müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər